Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

14 noyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşmüşdür.

Ali Məclisin Sədri ölkəmizə səfir təyin olunması münasibətilə Dan İankunu təbrik etmiş, Azərbaycan-Rumıniya əlaqələrinin inkişafında və diplomatik münasibətlərin möhkəmləndirilməsində ona uğurlar arzulamışdır. Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasındakı əməkdaşlığın inkişaf istiqamətlərini diqqətə çatdırmış, iqtisadiyyat və təhsil sahəsində əlaqələrin qurulması üçün imkanların olduğunu vurğulamışdır.

Səmimi görüşə görə minnətdarlıq ifadə edən Dan İanku əlamətdar tarixdə – Dövlət Bayrağı Gününün qeyd edildiyi günlərdə muxtar respublikaya səfərindən məmnunluğunu bildirərək, Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə, eləcə də müasir inkişaf potensialına malik olduğunu vurğulamış, muxtar respublika ilə müxtəlif sahələrdə əlaqələrin qurulmasında və inkişafında səylərini artıracağını qeyd etmişdir.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ