Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN

MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK

NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

28 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Erşeni qəbul etmişdir. Qonağı səmimiyyətlə salamlayan İdarə rəisi Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin daha da inkişaf etdirilərək yüksək səviyyəyə qaldırılması baxımından göstərdiyi səylərə görə Baş konsula təşəkkür etmişdir.

Baş konsul Nihat Erşen səmimi qəbula görə minnətdarlığını bildirmiş, son dövrlərdə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında həyata keçirilən layihələrin inkişafından məmnunluq duyduğunu ifadə etmişdir.

Görüş zamanı Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoralın muxtar respublikaya nəzərdə tutulan rəsmi səfəri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.

 

  

  

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ

 

 

Linklər

Xəritələr