Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN

MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK

NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

15 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı xanım Elena Aymone Sesseranı qəbul etmişdir. İdarə rəisi qonağı səmimi salamlayaraq, İdarə haqqında, eləcə də muxtar respublikanın əhalisi, ərazisi, sərhədləri və digər məsələlərə dair ətraflı məlumat vermişdir.

İdarə rəisi Naxçıvan Muxtar Respublikası ilə BQXK-nin arasındakı mövcud əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikasında görülən tədbirlər və əldə olunan uğurlardan bəhs etmişdir.

Elena Aymone Sessera səmimi görüşə və dolğun səfər proqramına görə İdarə rəisinə minnətdarlığını bildirmiş, muxtar respublikada gedən inkişaf prosesinin, quruculuq və abadlıq işlərinin onda xoş təəsüratlar yaratdığını qeyd etmişdir.

Görüş zamanı tərəflər muxtar respublika və BQXK arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsini, gələcək perspektivlərini müzakirə etmiş və xususilə əməkdaşlığın bugünki səviyyəsindən məmnunluqlarını ifadə etmişlər.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir. 

 

  

  

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ

 

 

Linklər

Xəritələr