Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN

MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK

NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

10 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin başçısı Serhan Aktoprakı qəbul etmişdir.

İdarə rəisi Əsgər İsmayılov qonağı salamalayaraq onunla yenidən İdarədə görüşməkdən məmnunluğunu ifadə etmiş, BMqT-nin muxtar respublikada həyata keçirdiyi miqrasiya sahəsi üzrə maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi, sərhəd idarəçiliyi, qayıdış və reinteqrasiya, insan alverinə qarşı mübarizə və s. sahələri əhatə edən müxtəlif layihələrin faydalarından bəhs etmişdir.

Nümayəndəliyin rəhbəri muxtar respublikada gedən iqtisadi inkişafı xüsusilə vurğulamış və  muxtar respublikaya əvvəlki səfəri zamanı Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüşünü məmnuniyyətlə xatırlayaraq onun miqrasiya məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd etmişdir. Öz növbəsində İdarə rəisi Naxçıvanın beynəlxalq təşkilatlarla, o cümlədən BMqT ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulamışdır.

Görüş zamanı BMqT və muxtar respublika arasında mövcud olan əməkdaşlıq münasibətləri və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunmuşdur. 

 

  

  

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ

 

 

Linklər

Xəritələr