Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN

MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK

NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

17 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov Macarıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskini qəbul etmişdir.

İdarə rəisi qonağı səmimi salamlayaraq, İdarə haqqında, eləcə də muxtar respublikanın əhalisi, ərazisi, sərhədləri və digər məsələlərə dair ətraflı məlumat vermişdir. İdarə rəisi gələcəkdə Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində hər iki tərəf üçün əlverişli imkanların inkişafı, xüsusilə ticari-iqtisadi və turizm sahəsində əməkdaşlığın yaradılması prosesində muxtar respublikanın da öz töhfəsini verəcəyinə dair əminliyini ifadə etmişdir.

İmre Laslotski səmimi görüşə və dolğun səfər proqramına görə İdarə rəisinə minnətdarlığını bildirmiş, muxtar respublikada gedən inkişaf prosesinin, quruculuq və abadlıq işlərinin onda xoş təəsüratlar yaratdığını qeyd etmişdir.

Görüşdə muxtar respublika və Macarıstan arasında gələcəkdəki ikitərəfli münasibətlərin detalları, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuş və beynəlxalq təşkilatlar çərçivəsində tərəflərin bir-birini uğurlu siyasi dəstəyə görə məmnunluq ifadə edilmişdir.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

 

  

  

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ

 

 

Linklər

Xəritələr