Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN

MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK

NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Muxtar respublikaya necə gəlmək olar?

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikası Ermənistan (sərhəd xəttinin uzunluğu 246 km), Türkiyə (11 km) və İranla (204 km) həmsərhəddir. Muxtar respublikanın Türkiyə Respublikası ilə sərhəddə bir (Sədərək), İran İslam Respublikası ilə sərhəddə iki (Culfa və Şahtaxtı) gömrük-sərhəd nəzarət buraxılış məntəqəsi fəaliyyət göstərir. Həmçinin muxtar respublikada ölkənin ən böyük və müasir hava limanlarından biri olan Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyət göstərir ki, buradan da Rusiya Federasiyası (Naxçıvan-Moskva) və Türkiyə Respublikasına (Naxçıvan-Gəncə-İstanbul) beynəlxalq uçuşlar həyata keçirilir. Bununla yanaşı Bakı-Naxçıvan-Bakı və Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində yerli təyyarə reysləri də həyata keçirilir.

Qeyd olunanlardan əlavə, muxtar respublikada Naxçıvan-İqdır-Naxçıvan, Naxçıvan-Ərzurum-Naxçıvan, Naxçıvan-Batumi-Naxçıvan, Naxçıvan-Urmiya-Naxçıvan, Naxçıvan-Təbriz-Tehran və əks istiqamətdə beynəlxalq avtobus marşurutları və Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında Naxçıvan-Məşhəd-Naxçıvan qatar reysi də fəaliyyət göstərir. 

Muxtar respublikanın sözügedən gömrük-sərhəd nəzarət buraxılış (Sədərək, Culfa, Şahtaxtı) məntəqələri, Naxçıvan və Culfa şəhər dəmiryolu vağzalları və Naxçıvan Beynəlxalq Hava Limanında fəaliyyət göstərən İdarənin viza sektorları tərəfindən muxtar respublikaya səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ölkəyə giriş icazəsi verən viza və birdəfəlik giriş icazəsi (İran İslam Respublikası vətəndaşları üçün) rəsmiləşdirilir.

 

Səfər üçün uyğun prosedurlar:

 

1.   Naxçıvan Muxtar Respublikasına gəlmək istəyən əcnəbilər Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinə müraciət edərək səfərlərinin müddət və məqsədini göstərməklə müvafiq giriş vizası ala bilərlər.

2.   Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Türkiyədəki diplomatik nümayəndəliklərindən rüsumsuz olaraq 60 gün müddətli giriş vizası alaraq Naxçıvan Muxtar Respublikasına gələ bilərlər. Həmçinin, Türkiyə Respublikasının vətəndaşları muxtar respublikanın sərhəd keçid məntəqələrində 60 gün müddətli, rüsumlu (12 dollar) giriş vizası alaraq muxtar respublika ərazisinə daxil ola bilərlər.

3.   İran İslam Respublikasının vətəndaşları Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliklərindən 90 gün müddətli, rüsumlu (20 dollar) giriş vizası alaraq Naxçıvan Muxtar Respublikasına gələ bilərlər. Həmçinin İran İslam Respublikasının vətəndaşları muxtar respublikanın sərhəd keçid məntəqələrində 15 gün müddətli, rüsumlu (10 avro) birdəfəlik giriş icazəsi alaraq muxtar respublika ərazisinə daxil ola bilərlər.

 

 

Bir sıra xarici dövlətlərin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi ilə bağlı məlumat:

 

Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına 1 fevral 2016-cı il tarixdən etibarən Naxçıvan Beynəlxalq Hava Limanında fəaliyyət göstərən İdarənin viza sektorları tərəfindən sadələşdirilmiş viza rəsmiləşdirilməsi həyata keçirilir.

 

 

Asan viza:

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.

“ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.

Elektron viza yalnız Amerika Birləşmiş Ştatları, Albaniya Respublikası, Almaniya Federativ Respublikası, Andorra Knyazlığı, Argentina Respublikası, Avstraliya Ittifaqı, Avstriya Respublikası, Belçika Krallığı, Birləşrbiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Bolqarıstan Respublikası, Bosniya və Herseqovina, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Boliviya, Braziliya Federativ Respublikası, Bruney-Darussalam, Cənub Afrika Respublikası, Çex Respublikası, Çili Respublikası, Çin Xaq Respublikası, Danimarka Krallığı, Estoniya Respublikası Əlcəzair Xalq Demokratik Respublikası, Finlandiya Respublikası, Fransa Respublikası, Hindistan Respublikası, Xorvtia Respublikası, İndoneziya Respublikası, İordaniya Haşimilər Krallığı, İran İslam Respublikası, İrlandiya, İslandiya Respublikası, İspaniya Krallığı, İsrail Dövləti, İsveç Krallığı, İsveçrə Konfederasiyası, İtaliya Respublikası, Kanada, Kipr Respublikası, Когеуа Respublikası, Kosta-Rika Respublikası, Kolumbiya Respublikası, Kuba Respublikası, Küveyt, Qətər Dövləti, Qvatemala Respublikası, Latviya Respublikası, Litva Respublikası, Lixtenşteyn Knyazlığı, Lüksemburq Böyük Hersoqluğu, Macarıstan, Makedoniya Respublikası, Malayziya, Malta Respublikası, Meksika Birləşmiş Ştatları, Mərakeş Krallığı, Monako Knyazlığı, Monteneqro, Monqolustan, Nepal Federativ Demokratik Respublikası, Niderland Krallığı, Norveç Krallığı, Oman Sultanlığı, Pakistan İslam Respublikası, Panama Respublikası, Paraqvay, Polşa Respublikası, Portuqaliya Respublikası, Rumuniya, San Marino Respublikası, Serbiya Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Sinqapur Respublikası, Slovakiya Respublikası, Sloveniya Respublikası, Şri Lanka Demokratik Sosialist Respublikası, Tailand Krallığı, Turkiyə Respublikası, Türkmənistan, Muqəddəs Taxt-Tac (Vatikan), Vyetnam Sosialist Respublikası, Yaponiya, Yeni Zelandiya, Yunanıstan Respublikası, Uruqvay vətəndaşlarına rəsmiləşdirilir.

 

Miqrasiya qeydiyyatı:

Muxtar respublika ərazisinə daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduğu gündən etibarən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyata durmalıdırlar. Bu prosedur 10 gündən az müddətdə ölkədə qalacaq vətəndaşlar üçün məcburi deyil.

 

  

  

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ

 

 

Linklər

Xəritələr