Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN

MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK

NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Muxtar respublikaya necə gəlmək olar?

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikası Ermənistan (sərhəd xəttinin uzunluğu 246 km), Türkiyə (11 km) və İranla (204 km) həmsərhəddir. Muxtar respublikanın Türkiyə Respublikası ilə sərhəddə bir (Sədərək), İran İslam Respublikası ilə sərhəddə iki (Culfa və Şahtaxtı) gömrük-sərhəd nəzarət buraxılış məntəqəsi fəaliyyət göstərir. Həmçinin muxtar respublikada ölkənin ən böyük və müasir hava limanlarından biri olan Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyət göstərir ki, buradan da Rusiya Federasiyası (Naxçıvan-Moskva) və Türkiyə Respublikasına (Naxçıvan-Gəncə-İstanbul) beynəlxalq uçuşlar həyata keçirilir. Bununla yanaşı Bakı-Naxçıvan-Bakı və Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində yerli təyyarə reysləri də həyata keçirilir.

Qeyd olunanlardan əlavə, muxtar respublikada Naxçıvan-İqdır-Naxçıvan, Naxçıvan-Ərzurum-Naxçıvan, Naxçıvan-Batumi-Naxçıvan, Naxçıvan-Urmiya-Naxçıvan, Naxçıvan-Təbriz-Tehran və əks istiqamətdə beynəlxalq avtobus marşurutları və Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında Naxçıvan-Məşhəd-Naxçıvan qatar reysi də fəaliyyət göstərir. 

Muxtar respublikanın sözügedən gömrük-sərhəd nəzarət buraxılış (Sədərək, Culfa, Şahtaxtı) məntəqələri, Naxçıvan və Culfa şəhər dəmiryolu vağzalları və Naxçıvan Beynəlxalq Hava Limanında fəaliyyət göstərən İdarənin viza sektorları tərəfindən muxtar respublikaya səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ölkəyə giriş icazəsi verən viza və birdəfəlik giriş icazəsi (İran İslam Respublikası vətəndaşları üçün) rəsmiləşdirilir.

 

Səfər üçün uyğun prosedurlar:

 

1.   Naxçıvan Muxtar Respublikasına gəlmək istəyən əcnəbilər Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinə müraciət edərək səfərlərinin müddət və məqsədini göstərməklə müvafiq giriş vizası ala bilərlər.

2.   Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Türkiyədəki diplomatik nümayəndəliklərindən rüsumsuz olaraq 60 gün müddətli giriş vizası alaraq Naxçıvan Muxtar Respublikasına gələ bilərlər. Həmçinin, Türkiyə Respublikasının vətəndaşları muxtar respublikanın sərhəd keçid məntəqələrində 60 gün müddətli, rüsumlu (12 dollar) giriş vizası alaraq muxtar respublika ərazisinə daxil ola bilərlər.

3.   İran İslam Respublikasının vətəndaşları Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliklərindən 90 gün müddətli, rüsumlu (20 dollar) giriş vizası alaraq Naxçıvan Muxtar Respublikasına gələ bilərlər. Həmçinin İran İslam Respublikasının vətəndaşları muxtar respublikanın sərhəd keçid məntəqələrində 15 gün müddətli, rüsumlu (10 avro) birdəfəlik giriş icazəsi alaraq muxtar respublika ərazisinə daxil ola bilərlər.

 

 

Bir sıra xarici dövlətlərin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi ilə bağlı məlumat:

 

Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına 1 fevral 2016-cı il tarixdən etibarən Naxçıvan Beynəlxalq Hava Limanında fəaliyyət göstərən İdarənin viza sektorları tərəfindən sadələşdirilmiş viza rəsmiləşdirilməsi həyata keçirilir.

 

 

Asan viza:

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.

“ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.

Elektron viza yalnız Amerika Birləşmiş Ştatları, Albaniya Respublikası, Almaniya Federativ Respublikası, Andorra Knyazlığı, Argentina Respublikası, Avstraliya Ittifaqı, Avstriya Respublikası, Belçika Krallığı, Birləşrbiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Bolqarıstan Respublikası, Bosniya və Herseqovina, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Boliviya, Braziliya Federativ Respublikası, Bruney-Darussalam, Cənub Afrika Respublikası, Çex Respublikası, Çili Respublikası, Çin Xaq Respublikası, Danimarka Krallığı, Estoniya Respublikası Əlcəzair Xalq Demokratik Respublikası, Finlandiya Respublikası, Fransa Respublikası, Hindistan Respublikası, Xorvtia Respublikası, İndoneziya Respublikası, İordaniya Haşimilər Krallığı, İran İslam Respublikası, İrlandiya, İslandiya Respublikası, İspaniya Krallığı, İsrail Dövləti, İsveç Krallığı, İsveçrə Konfederasiyası, İtaliya Respublikası, Kanada, Kipr Respublikası, Когеуа Respublikası, Kosta-Rika Respublikası, Kolumbiya Respublikası, Kuba Respublikası, Küveyt, Qətər Dövləti, Qvatemala Respublikası, Latviya Respublikası, Litva Respublikası, Lixtenşteyn Knyazlığı, Lüksemburq Böyük Hersoqluğu, Macarıstan, Makedoniya Respublikası, Malayziya, Malta Respublikası, Meksika Birləşmiş Ştatları, Mərakeş Krallığı, Monako Knyazlığı, Monteneqro, Monqolustan, Nepal Federativ Demokratik Respublikası, Niderland Krallığı, Norveç Krallığı, Oman Sultanlığı, Pakistan İslam Respublikası, Panama Respublikası, Paraqvay, Polşa Respublikası, Portuqaliya Respublikası, Rumuniya, San Marino Respublikası, Serbiya Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Sinqapur Respublikası, Slovakiya Respublikası, Sloveniya Respublikası, Şri Lanka Demokratik Sosialist Respublikası, Tailand Krallığı, Turkiyə Respublikası, Türkmənistan, Muqəddəs Taxt-Tac (Vatikan), Vyetnam Sosialist Respublikası, Yaponiya, Yeni Zelandiya, Yunanıstan Respublikası, Uruqvay vətəndaşlarına rəsmiləşdirilir.

 

Miqrasiya qeydiyyatı:

Muxtar respublika ərazisinə daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduğu gündən etibarən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyata durmalıdırlar. Bu prosedur 10 gündən az müddətdə ölkədə qalacaq vətəndaşlar üçün məcburi deyil.

 

AZƏRBAYCAN RESPUBLİKASI

(Ümumi qısa məlumat)

Yaranma tarixi:               

- 28 may 1918

Birləşmiş Millətlər Təşkilatına daxil olduğu tarix

- 2 mart 1992-ci il

Avropa Şurasına daxil olduğu tarix

- 17 Yanvar 2001-ci il

Ərazisi, min.kv.km

- 86,6

Paytaxtı

- Bakı

Pul vahidi

- manat

 

         

Azərbaycan Respublikasının rəmzləri:

 

DÖVLƏT BAYRAĞI

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, asagı zolaq yasıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənsəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkisaf etdirmək istəyini, yasıl rəng - islam sivilizasiyasına mənsublugunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

 

DÖVLƏT GERBi

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

 

DÖVLƏT HİMNİ

 

Musiqisi: Üzeyir Hacıbəyovun

Sözləri: Əhməd Cavadındır

 

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üç rəngli bayragınla məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər!

Hərə bir gəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, Şanlı Vətən!

Azərbaycan, Azərbaycan!

 

 

Bayram günləri:

Yeni il bayramı   

1-2 yanvar

Beynəlxalq Qadınlar Günü

8 mart

Novruz Bayramı

20-24 mart

Faşizm Üzərində Qələbə Günü

9 may

Respublika Günü 

28 may

Milli Qurtuluş Günü

15 iyun

Silahlı Qüvvələr Günü

26 iyun

Dövlət Müstəqilliyi Günü

18 oktyabr

Dövlət Bayrağı Günü

9 noyabr

Azərbaycanın Konstitusiya Günü

12 noyabr

Milli Dirçəliş Günü

17 noyabr

Dünya Azərbaycanlıların Həmrəylik Günü

31 dekabr

 

         

Dini bayramlar:

Qurban Bayramı

2 gün

Ramazan Bayramı

2 gün

 

         

Anım günləri:

20 Yanvar

20 yanvar

Xocalı soyqırımı

26 fevral

Azərbaycanlıların soyqırımı günü

31 mart

 

         

Coğrafı məlumat:

86,6 min kv.km (12% meşələr, 1,7% su hövzəsi, 54,9% kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 31,1% otlaq və biçənəklər, 31,4% sair torpaqlar. Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində Bakı 40° paralel üzərindədir.

 

Orta illik temperatur (2014-cü il)

+13,4 

Ən yüksək (max) orta aylıq temperatur

+ 28,5

Ən aşağı (min) orta aylıq temperatur

+ 2,9

Orta illik yağıntının miqdarı

387,7mm. 

                                    

                                           

Dövlət sərhədləri:

Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.

Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km.

 

İnzibati ərazi vahidlərinin sayı:

Muxtar Respublika

1

rayonlar

66

şəhərlər – cəmi

78

şəhər rayonları

14     

qəsəbələr

261

Kənd ərazi dairələri (keçmiş kənd icra nümayəndəlikləri)

1727 

Kənd yaşayış məntəqələri

4249 

 

         

Əhali: (01.01.2015-ci il vəziyyətinə)

Min nəfər

faizlə

Əhalinin sayı

- 9593,0 2)

100

o cümlədən:

 

 

şəhər əhalisi

- 5098,3

53,1

kənd əhalisi

- 4494,7

46,9

kişilər

- 4775,8

49,8

qadınlar

- 4817,2

50,2

Əhalinin sıxlığı (1 kv--.km-ə düşən əhali), nəfər

- 111

 

Paytaxt BAKI şəhərinin əhalisinin sayı, min nəfər

- 2204,2

 

           

                     

Əhalinin milli tərkibi:  (əhalinin siyahıyaalınmaları üzrə):

(əhalinin ümumi sayına nisbətən, faizlə) :

azərbaycanlılar

91,6

ləzgilər

2,0

ruslar

1,3

ermənilər

1,3

talıslar

1,3

avarlar

0,6

türklər

0,4

tatarlar

0,3

tatlar

0,3

ukraynalılar

0,3

saxurlar

0,1

gürcülər

0,1

yəhudilər

0,1

kürdlər

0,1

qrızlar

0,04

udinlər

0,04

xınalıqlar

0,02

digər millətlər

0,1

 

 

Dövlət dili: Azərbaycan

 

Din: Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Ölkə əhalinin böyük əksəriyyəti müsəlmanlardır. Hazırda Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var. İbadət evləri ilə yanaşı, respublikada İslam, xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən Bakı İslam Universiteti, Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsi, pravoslav kilsələri yanında bazar gunu məktəbləri, protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları vəs.fəaliyyət göstərir.

“Dini etiqad azadlığı haqqında” qanuna 2009-cu ildə edilən əlavə və dəyişikliklərdən sonra Dini Qurumlarla İş üzrə Dövlət komitəsində 746 dini icma dövlət qeydiyyatına alınmışdır. Onlardan 27-i qeyri-İslam təmayulludur. Sonunculardan 17-i ixristian, 7-si yəhudi, 2 si bəhai və 1 krişna şuuru dini icmasıdır.

 

Siyasi quruluş: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

 

Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublikadır.

 

Dövlət rəhbəri: Prezident

O, ümumi gizli səsvermə yolu ilə 5 ildən bir seçilir. 2013-cü ilin oktyabrın 9-da İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. 7 noyabr 2010-cu ildə Dördüncü Çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdi. Bunlardan 105-i və ya 84,0 faizi kişilər, 20-si, ya da 16,0 faizi qadınlardır.

 

Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya, Ali, Apelyasiya və İqtisad məhkəmələri həyata keçirir.

Azərbaycanın siyasi sistemi çoxpartiyalılıq və plyuralizm prinsiplərin əsasında qurulub. Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 55 siyasi partiya fəaliyyət göstərir. Siyasi partiyalar qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edirlər. Bundan başqa 4000 ictimai təşkilat fəaliyyət göstərir.

 

1) Yarandığı tarixdə, 28 may 1918-ci ildə, ərazisi 114 min kvadrat km təşkil etmiş, 28 aprel 1920-ci il tarixdə bu ərazilər (Göyçə və Zəngəzur mahalları) sovet Rusiyası tərəfindən işğal olunaraq 1924-cü ildə Ermənistana verilmişdir.

2) Onların 1 milyonu qaçqın və məcburi köçkünlərdir;

 

3) 2015-ci ilin yanvar-iyul ayları üzrə.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin iş vaxtı və Azərbaycan Respublikasında qeyri-iş günləri barədə məlumat

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin iş vaxtı:

Həftənin bazar ertəsi - cümə günləri, saat 09:00 – 18:00.

Nahar fasiləsi: saat 13:00 – 14:00.

İstirahət günləri: şənbə və bazar günləri.

 

Azərbaycan Respublikasında qeyri-iş günləri aşağıdakılardır:

1-2 yanvar - Yeni il

20 yanvar - Milli Matəm günü

8 mart - Beynəlxalq Qadınlar günü

20-21 mart - Novruz Bayramı

9 may  - Faşizm üzərində Qələbə günü

28 may - Respublika günü

15 iyun - Milli Qurtuluş günü

26 iyun - Silahlı Qüvvələr günü

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü

- Ramazan bayramı (2 gün)*

- Qurban bayramı (2 gün)*

* Hicri təqvimindən asılı olaraq hər il tarixləri dəyişir.

Bayram günləri istirahət günlərinə təsadüf etdiyi təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə bayramdan sonrakı iş günləri qeyri-iş günləri elan oluna bilər.

Azərbaycan Respublikasının əsas milli bayramı 28 may - Respublika günüdür (1918 - ci il).

 

İstirahət və bayram günləri Naxçıvan Muxtar Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir. Həmin günlərdə diplomatik nümayəndəliklər tərəfindən rəsmi qəbulların və ya tədbirlərin keçirilməsi tövsiyyə edilmir.

 

2017-ci il üçün tərtib olunmuş istehsalat təqvimi:

Ø  Ümumi məlumat

Ø  Təbiət və sərvətlər

Ø  Tarix

Ø  Ermənistanın Azərbaycana qarşı təcavüzü

Ø  İqtisadiyyat

 Ø  Linklər

Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq qərara alıram:

1. Hər il 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 avqust 2007-ci il

 

№ 2356

  

  

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ

 

 

Linklər

Xəritələr