- Ətraflı
- Baxış sayı: 19687
Faydalı linklər
Azərbaycan Respublikasının Prezidenti
http://www.president.azÜmummilli lider Heydər Əliyev
http://www.heydaraliyevcenter.azHeydər Əliyev Fondu
http://www.heydar-aliyev-foundation.orgAzərbaycan Respublikasının Milli Məclisi
http://www.meclis.gov.azAzərbaycan Respublikası Nazirlər Kabineti
http://www.cabmin.gov.azAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
http://www.mfa.gov.azAzərbaycan Respublikası Maliyyə Nazirliyi
http://www.maliyye.gov.azAzərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
http://www.mincom.gov.azAzərbaycan Respublikası Vergilər Nazirliyi
http://www.taxes.gov.azAzərbaycan Respublikası xarici investisiyalar üçün əlverişli vergi mühiti
http://www.taxes.gov.az/xariciinvestisiyalarüçünAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
http://www.economy.gov.azAzərbaycan Respublikasının Energetika Nazirliyi
http://minenergy.gov.azSOCAR
http://www.socar.azAzərbaycan Respublikası Mərkəzi Bankı
http://www.cbar.azAzərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası
https://fimsa.az/Bakı Fond Birjası
http://www.bfb.azAzərbaycan Respublikası Dövlət Statistika Komitəsi
http://www.stat.gov.azQaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi
http://www.refugees-idps-committee.gov.az- Ətraflı
- Baxış sayı: 10396
AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZIRLİYİNİN NAXÇIVAN MR İDARƏSİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan MR İdarəsinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan MR İdarəsinin məktublar şöbəsinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
- Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
- Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
- Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
- Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
- Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
- Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.
- Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
- Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan MR İdarəsinin E-mail: ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
- Ətraflı
- Baxış sayı: 28510
AZƏRBAYCAN RESPUBLİKASI
(Ümumi qısa məlumat)
Yaranma tarixi: |
- 28 may 1918 |
Birləşmiş Millətlər Təşkilatına daxil olduğu tarix |
- 2 mart 1992-ci il |
Avropa Şurasına daxil olduğu tarix |
- 17 Yanvar 2001-ci il |
Ərazisi, min.kv.km |
- 86,6 |
Paytaxtı |
- Bakı |
Pul vahidi |
- manat |
Azərbaycan Respublikasının rəmzləri:
DÖVLƏT BAYRAĞI
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, asagı zolaq yasıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənsəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkisaf etdirmək istəyini, yasıl rəng - islam sivilizasiyasına mənsublugunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
DÖVLƏT GERBi
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
DÖVLƏT HİMNİ
Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayragınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir gəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, Şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Bayram günləri:
Yeni il bayramı |
1-2 yanvar |
Beynəlxalq Qadınlar Günü |
8 mart |
Novruz Bayramı |
20-24 mart |
Faşizm Üzərində Qələbə Günü |
9 may |
Respublika Günü |
28 may |
Milli Qurtuluş Günü |
15 iyun |
Silahlı Qüvvələr Günü |
26 iyun |
Dövlət Müstəqilliyi Günü |
18 oktyabr |
Dövlət Bayrağı Günü |
9 noyabr |
Azərbaycanın Konstitusiya Günü |
12 noyabr |
Milli Dirçəliş Günü |
17 noyabr |
Dünya Azərbaycanlıların Həmrəylik Günü |
31 dekabr |
Dini bayramlar:
Qurban Bayramı |
2 gün |
Ramazan Bayramı |
2 gün |
Anım günləri:
20 Yanvar |
20 yanvar |
Xocalı soyqırımı |
26 fevral |
Azərbaycanlıların soyqırımı günü |
31 mart |
Coğrafı məlumat:
86,6 min kv.km (12% meşələr, 1,7% su hövzəsi, 54,9% kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 31,1% otlaq və biçənəklər, 31,4% sair torpaqlar. Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində Bakı 40° paralel üzərindədir.
Orta illik temperatur (2014-cü il) |
+13,4 |
Ən yüksək (max) orta aylıq temperatur |
+ 28,5 |
Ən aşağı (min) orta aylıq temperatur |
+ 2,9 |
Orta illik yağıntının miqdarı |
387,7mm. |
Dövlət sərhədləri:
Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.
Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km.
İnzibati ərazi vahidlərinin sayı:
Muxtar Respublika |
1 |
rayonlar |
66 |
şəhərlər – cəmi |
78 |
şəhər rayonları |
14 |
qəsəbələr |
261 |
Kənd ərazi dairələri (keçmiş kənd icra nümayəndəlikləri) |
1727 |
Kənd yaşayış məntəqələri |
4249 |
Əhali: (01.01.2015-ci il vəziyyətinə) |
Min nəfər |
faizlə |
Əhalinin sayı |
- 9593,0 2) |
100 |
o cümlədən: |
|
|
şəhər əhalisi |
- 5098,3 |
53,1 |
kənd əhalisi |
- 4494,7 |
46,9 |
kişilər |
- 4775,8 |
49,8 |
qadınlar |
- 4817,2 |
50,2 |
Əhalinin sıxlığı (1 kv--.km-ə düşən əhali), nəfər |
- 111 |
|
Paytaxt BAKI şəhərinin əhalisinin sayı, min nəfər |
- 2204,2 |
|
Əhalinin milli tərkibi: (əhalinin siyahıyaalınmaları üzrə):
(əhalinin ümumi sayına nisbətən, faizlə) :
azərbaycanlılar |
91,6 |
ləzgilər |
2,0 |
ruslar |
1,3 |
ermənilər |
1,3 |
talıslar |
1,3 |
avarlar |
0,6 |
türklər |
0,4 |
tatarlar |
0,3 |
tatlar |
0,3 |
ukraynalılar |
0,3 |
saxurlar |
0,1 |
gürcülər |
0,1 |
yəhudilər |
0,1 |
kürdlər |
0,1 |
qrızlar |
0,04 |
udinlər |
0,04 |
xınalıqlar |
0,02 |
digər millətlər |
0,1 |
Dövlət dili: Azərbaycan
Din: Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
Ölkə əhalinin böyük əksəriyyəti müsəlmanlardır. Hazırda Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var. İbadət evləri ilə yanaşı, respublikada İslam, xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən Bakı İslam Universiteti, Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsi, pravoslav kilsələri yanında bazar gunu məktəbləri, protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları vəs.fəaliyyət göstərir.
“Dini etiqad azadlığı haqqında” qanuna 2009-cu ildə edilən əlavə və dəyişikliklərdən sonra Dini Qurumlarla İş üzrə Dövlət komitəsində 746 dini icma dövlət qeydiyyatına alınmışdır. Onlardan 27-i qeyri-İslam təmayulludur. Sonunculardan 17-i ixristian, 7-si yəhudi, 2 si bəhai və 1 krişna şuuru dini icmasıdır.
Siyasi quruluş: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublikadır.
Dövlət rəhbəri: Prezident
O, ümumi gizli səsvermə yolu ilə 5 ildən bir seçilir. 2013-cü ilin oktyabrın 9-da İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. 7 noyabr 2010-cu ildə Dördüncü Çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdi. Bunlardan 105-i və ya 84,0 faizi kişilər, 20-si, ya da 16,0 faizi qadınlardır.
Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya, Ali, Apelyasiya və İqtisad məhkəmələri həyata keçirir.
Azərbaycanın siyasi sistemi çoxpartiyalılıq və plyuralizm prinsiplərin əsasında qurulub. Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 55 siyasi partiya fəaliyyət göstərir. Siyasi partiyalar qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edirlər. Bundan başqa 4000 ictimai təşkilat fəaliyyət göstərir.
1) Yarandığı tarixdə, 28 may 1918-ci ildə, ərazisi 114 min kvadrat km təşkil etmiş, 28 aprel 1920-ci il tarixdə bu ərazilər (Göyçə və Zəngəzur mahalları) sovet Rusiyası tərəfindən işğal olunaraq 1924-cü ildə Ermənistana verilmişdir.
2) Onların 1 milyonu qaçqın və məcburi köçkünlərdir;
3) 2015-ci ilin yanvar-iyul ayları üzrə.
- Ətraflı
- Baxış sayı: 35837
Muxtar respublikaya necə gəlmək olar?
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikası Ermənistan (sərhəd xəttinin uzunluğu 246 km), Türkiyə (11 km) və İranla (204 km) həmsərhəddir. Muxtar respublikanın Türkiyə Respublikası ilə sərhəddə bir (Sədərək), İran İslam Respublikası ilə sərhəddə iki (Culfa və Şahtaxtı) gömrük-sərhəd nəzarət buraxılış məntəqəsi fəaliyyət göstərir. Həmçinin muxtar respublikada ölkənin ən böyük və müasir hava limanlarından biri olan Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyət göstərir ki, buradan da Rusiya Federasiyası (Naxçıvan-Moskva) və Türkiyə Respublikasına (Naxçıvan-Gəncə-İstanbul) beynəlxalq uçuşlar həyata keçirilir. Bununla yanaşı Bakı-Naxçıvan-Bakı və Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində yerli təyyarə reysləri də həyata keçirilir.
Qeyd olunanlardan əlavə, muxtar respublikada Naxçıvan-İqdır-Naxçıvan, Naxçıvan-Ərzurum-Naxçıvan, Naxçıvan-Batumi-Naxçıvan, Naxçıvan-Urmiya-Naxçıvan, Naxçıvan-Təbriz-Tehran və əks istiqamətdə beynəlxalq avtobus marşurutları və Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında Naxçıvan-Məşhəd-Naxçıvan qatar reysi də fəaliyyət göstərir.
Muxtar respublikanın sözügedən gömrük-sərhəd nəzarət buraxılış (Sədərək, Culfa, Şahtaxtı) məntəqələri, Naxçıvan və Culfa şəhər dəmiryolu vağzalları və Naxçıvan Beynəlxalq Hava Limanında fəaliyyət göstərən İdarənin viza sektorları tərəfindən muxtar respublikaya səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ölkəyə giriş icazəsi verən viza və birdəfəlik giriş icazəsi (İran İslam Respublikası vətəndaşları üçün) rəsmiləşdirilir.
Səfər üçün uyğun prosedurlar:
1. Naxçıvan Muxtar Respublikasına gəlmək istəyən əcnəbilər Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinə müraciət edərək səfərlərinin müddət və məqsədini göstərməklə müvafiq giriş vizası ala bilərlər.
2. Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Türkiyədəki diplomatik nümayəndəliklərindən rüsumsuz olaraq 60 gün müddətli giriş vizası alaraq Naxçıvan Muxtar Respublikasına gələ bilərlər. Həmçinin, Türkiyə Respublikasının vətəndaşları muxtar respublikanın sərhəd keçid məntəqələrində 60 gün müddətli, rüsumlu (12 dollar) giriş vizası alaraq muxtar respublika ərazisinə daxil ola bilərlər.
3. İran İslam Respublikasının vətəndaşları Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliklərindən 90 gün müddətli, rüsumlu (20 dollar) giriş vizası alaraq Naxçıvan Muxtar Respublikasına gələ bilərlər. Həmçinin İran İslam Respublikasının vətəndaşları muxtar respublikanın sərhəd keçid məntəqələrində 15 gün müddətli, rüsumlu (10 avro) birdəfəlik giriş icazəsi alaraq muxtar respublika ərazisinə daxil ola bilərlər.
Bir sıra xarici dövlətlərin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi ilə bağlı məlumat:
Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına 1 fevral 2016-cı il tarixdən etibarən Naxçıvan Beynəlxalq Hava Limanında fəaliyyət göstərən İdarənin viza sektorları tərəfindən sadələşdirilmiş viza rəsmiləşdirilməsi həyata keçirilir.
Asan viza:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.
“ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.
Elektron viza yalnız Amerika Birləşmiş Ştatları, Albaniya Respublikası, Almaniya Federativ Respublikası, Andorra Knyazlığı, Argentina Respublikası, Avstraliya Ittifaqı, Avstriya Respublikası, Belçika Krallığı, Birləşrbiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Bolqarıstan Respublikası, Bosniya və Herseqovina, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Boliviya, Braziliya Federativ Respublikası, Bruney-Darussalam, Cənub Afrika Respublikası, Çex Respublikası, Çili Respublikası, Çin Xaq Respublikası, Danimarka Krallığı, Estoniya Respublikası Əlcəzair Xalq Demokratik Respublikası, Finlandiya Respublikası, Fransa Respublikası, Hindistan Respublikası, Xorvtia Respublikası, İndoneziya Respublikası, İordaniya Haşimilər Krallığı, İran İslam Respublikası, İrlandiya, İslandiya Respublikası, İspaniya Krallığı, İsrail Dövləti, İsveç Krallığı, İsveçrə Konfederasiyası, İtaliya Respublikası, Kanada, Kipr Respublikası, Когеуа Respublikası, Kosta-Rika Respublikası, Kolumbiya Respublikası, Kuba Respublikası, Küveyt, Qətər Dövləti, Qvatemala Respublikası, Latviya Respublikası, Litva Respublikası, Lixtenşteyn Knyazlığı, Lüksemburq Böyük Hersoqluğu, Macarıstan, Makedoniya Respublikası, Malayziya, Malta Respublikası, Meksika Birləşmiş Ştatları, Mərakeş Krallığı, Monako Knyazlığı, Monteneqro, Monqolustan, Nepal Federativ Demokratik Respublikası, Niderland Krallığı, Norveç Krallığı, Oman Sultanlığı, Pakistan İslam Respublikası, Panama Respublikası, Paraqvay, Polşa Respublikası, Portuqaliya Respublikası, Rumuniya, San Marino Respublikası, Serbiya Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Sinqapur Respublikası, Slovakiya Respublikası, Sloveniya Respublikası, Şri Lanka Demokratik Sosialist Respublikası, Tailand Krallığı, Turkiyə Respublikası, Türkmənistan, Muqəddəs Taxt-Tac (Vatikan), Vyetnam Sosialist Respublikası, Yaponiya, Yeni Zelandiya, Yunanıstan Respublikası, Uruqvay vətəndaşlarına rəsmiləşdirilir.
Miqrasiya qeydiyyatı:
Muxtar respublika ərazisinə daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduğu gündən etibarən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyata durmalıdırlar. Bu prosedur 10 gündən az müddətdə ölkədə qalacaq vətəndaşlar üçün məcburi deyil.
- Ətraflı
- Baxış sayı: 29334
Ø Ümumi məlumat
Ø Təbiət və sərvətlər
Ø Tarix
Ø Ermənistanın Azərbaycana qarşı təcavüzü
Ø İqtisadiyyat
Ø Linklər