Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

06 mart 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq gyu ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı salamlamış və Azərbaycan ilə Koreya Respublikası arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan danışmış, xüsusilə təhsil sahəsində səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırmışdır. Naxçıvan Dövlət Universitetində Koreya dilinin tədris olunduğunu və koreyalı tələbələrin təhsil aldığını qeyd edən Ali Məclisin Sədri bütün bunların mədəni əlaqələrin inkişafına töhfə verdiyini bildirmişdir. Koreyanın “KOİCA” şirkəti tərəfindən quraşdırılan yeni texnologiyalar hesabına bu il Naxçıvan Dövlət Universitetində distant təhsil mərkəzinin yaradıldığını diqqətə çatdıran Ali Məclisin Sədri əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Ali Məclisin Sədri Qış Olimpiya Oyunlarının uğurla keçirilməsi münasibətilə səfirə təbriklərini çatdırmış və bunu Koreya Respublikasının inkişafının nəticəsi kimi dəyərləndirmişdir.

Naxçıvan Muxtar Respublikasında özünü vətənindəki kimi hiss etdiyini və göstərilən xoş münasibətdən məmnunluq duyduğunu bildirən Kim Çanq-gyu ölkələrimiz arasındakı əlaqələrdən bəhs etmişdir. Səfir muxtar respublikaya səfərinin mövcud əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi məqsədinə xidmət etdiyini bildirmiş və əlaqələrin müxtəlif sahələr üzrə inkişafında maraqlı olduqlarını vurğulamışdır.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ