Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

06 aprel 2018-ci il tarixdə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikasına rəsmi səfər etmişdir.

Naxçıvan Beynəlxalq Hava Limanında xarici işlər nazirini Naxçıvan MR Ali Məclisinin Sədrinin birinci müavini Azər Zeynalov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəis müavini  Vüsal Ələkbərli, Azərbaycan Respublikasının İran İsla  Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov və Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov  qarşılamışdır.

06 aprel 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşmüşdür. 

Ali Məclisin Sədri ötən il İran İslam Respublikasına səfəri zamanı göstərilən qonaqpərvərliyə, eləcə də səfərdən ötən qısa zaman ərzində əlaqələrin inkişafı sahəsində görülən işlərə görə İranın xarici işlər nazirinə təşəkkürünü bildirmişdir. Hər iki ölkə prezidentlərinin səyi ilə Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyini, qısa müddət ərzində Azərbaycan və İran prezidentlərinin 11 dəfə görüşdüyünü qeyd edən Ali Məclisin Sədri həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə töhfə verdiyini bildirmişdir. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında nəqliyyat, təhsil, iqtisadi-ticarət, energetika, gömrük, dəmir yolu və digər sahələrdə uğurlu əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırmışdır. Ali Məclisin Sədri xalqlarımız arasında mehriban münasibətlərin olduğunu qeyd edərək, bunu qarşılıqlı əlaqələrin göstəricisi kimi dəyərləndirmiş, münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Məhəmməd Cavad Zərif Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmiş, göstərilən səmimi münasibətə görə minnətdarlığını bildirmişdir. Nazir Naxçıvan Muxtar Respublikasının inkişafının göz qabağında olduğunu, bunun da əlaqələrin inkişafı üçün geniş imkanlar açdığını qeyd etmişdir. İran İslam Respublikasının Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirən M.C.Zərif, son illər dövlət başçıları arasında keçirilən görüşlər və qəbul olunan qərarların bunu bir daha təsdiq etdiyini diqqətə çatdırmışdır. Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı, Təbriz şəhərinin isə İslam Dünyasının Turizm paytaxtı seçildiyini xatırladan nazir, İranın Şərqi və Qərbi Azərbaycan Vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əlaqələrin daha da genişləndirilməsi və əməkdaşlığın müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensial olduğunu diqqətə çatdırmışdır. 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

Rəsmi görüşdən sonra M.C.Zərif Duzdağ Fizioterapiya Mərkəzinə baxış keçirmiş və burada müalicə alan xəstələr üçün yaradılan şəraitlə tanış olmuşdur.

Mərkəzə baxış keçirdikdən sonra, İranın xarici işlər naziri ölkəsinin Naxçıvandakı Baş Konsulluğuna gəlmiş, Konsulluğun əməkdaşlarının iş şəraiti ilə maraqlanmışdır.

Daha sonra nazir Naxçıvan Dövlət Universitetində olmuş və universitetin tələbələri önündə “Yeni beynəlxalq şəraitdə qonşuluq siyasəti” mövzusuna dair mühazirə ilə çıxış etmişdir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri 06 aprel 2018-ci il tarixdə başa çatmışdır.

Naxçıvan Beynəlxalq Hava Limanında İran İslam Respublikasının xarici işlər nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəhbər şəxslər yola salmışdır.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ