Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

06 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonaqları salamlamış, Naxçıvanla əlaqələrin inkişafına və nümayəndə heyətinin səfərinə verdiyi dəstəyə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət və ehtiramını bildirmişdir.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin əsasının qoyulduğunu bildirən Ali Məclisin Sədri ötən dövrdə ordu quruculuğu, təhsil, səhiyyə və iqtisadi sahələrdə əlaqələrin inkişaf etdiyini, İğdırda Naxçıvan Ticarət Evinin fəaliyyət göstərdiyini qeyd etmişdir.

Ali Məclisin Sədri ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq Azərbaycan-Türkiyə əlaqələrinin nümunə gücündə olduğunu diqqətə çatdırmış, nümayəndə heyətinin səfərinin Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixrac imkanlarının artırılması baxımından əhəmiyyətli olacağına əminliyini ifadə etmişdir.

Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqay səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlıq etmiş, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırmışdır. Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən Rza Tuna Turaqay qardaş ölkənin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulamışdır. Qonaq Naxçıvan Muxtar Respublikasının qısa müddətdə böyük inkişaf yolu keçdiyini və bunun mövcud əlaqələrin inkişafı üçün geniş imkanlar açdığını qeyd etmişdir. Türkiyə Respublikasının Ticarət nazirinin müavini Naxçıvan məhsullarının Türkiyə bazarlarına çıxarılması imkanlarının artırılmasına mühüm əhəmiyyət verdiklərini və nümayəndə heyətinin səfərinin bu baxımdan önəmli olacağını bildirmişdir.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ