Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

18 may 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ilə Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros arasında görüş keçirilmişdir. 

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələri diqqətə çatdırmışdır. Muxtar respublikanın 23 məktəbində fransız dilinin tədris olunduğunu bildirən Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən Naxçıvanda aparılan tədqiqatlardan bəhs etmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirən Zakari Qros səmimi qəbula görə minnətdarlıq etmişdir. Səfir ölkələrimiz arasındakı münasibətlərin uzaq keçmişə dayandığını bildirmiş, Fransanın Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin əhəmiyyətini vurğulamışdır.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ