Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

6 mart 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananı qəbul etmişdir. Qonağı səmimi salamlayan Ali Məclisin Sədri onu yeni təyinatı münasibətilə təbrik etmiş işlərində uğurlar arzulamış və onun muxtar respublikaya səfərinə dair məmnuniyyətini dilə gətirmiş, daha sonra səfirə Naxçıvan MR-in ərazisi, əhalisi və sosial-iqtisadi inkişafı haqqında qısa məlumat vermişdir. Vasif Talıbov Azərbaycan və Hindistan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində yaranan  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,o cümlədən 25 ildir mövcud olan blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Muxtar Respublikanın sosial-iqtisadi sahədə əhəmiyyətli uğurlar əldə etdiyini bildirmiş və bu münasibətlərin inkişafına töhfə verməyə daim hazır olduğunu qeyd etmişdir.

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlıq edən səfir  Sanjay Rana Naxçıvan MR-in sosial-iqtisadi nailiyyətlərinin onda böyük təəssürat oyatdığını qeyd etmiş və bura səfərindən məmnunluğunu dilə gətirmişdir. Qonaq tezliklə NMR və Hindistan arasında turizm və ticarət-iqtisadi əlaqələrin qurulması üçün maksimum səy göstərəcəyini də vəd etmişdir

Görüş zamanı Azərbaycan və Hindistan arasında mövcud əlaqələr və bu münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ