14 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəis müavini Vüsal Ələkbərli Rumıniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşmüşdür.
İdarə rəisinin müavini qonağı səmimi salamlayaraq ona muxtar respublika, eləcə də Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin vəzifə və funksiyaları haqda məlumat vermiş, muxtar respublikada aparılan iqtisadi islahatlardan danışmış və burada gedən yüksək inkişaf prosesindən bəhs etmişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq, Azərbaycan Respublikasının həyata keçirdiyi enerji diplomatiyasının və bunun bariz nümünəsi kimi Cənub Qaz Dəhlizi layihəsinin müasir beynəlxalq münasibətlər sisteminə müsbət təsir göstərəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edimişdir.