Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

17 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəis müavini Vüsal Ələkbərli İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersman ilə görüşmüşdür.

Vüsal Ələkbərli qonaqları salamlayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Azərbaycan Respublikasının xarici siyasətinin muxtar respublikada həyata keçirilməsini təmin etdiyini ifadə etmişdir. İdarənin rəis müavini Azərbaycan və İsveç əlaqələri barədə danışmış, muxtar respublika ilə İsveç arasında turizm və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin qurulması üçün potensialın olduğunu bildirmişdir.

İnqrid Tersman səfər zamanı göstərilən diqqətə görə məmnunluğunu ifadə etmişdir. O, həmçinin iki ölkə arasında rəsmi heyətlərin son illərdə həyata keçirdiyi qarşılıqlı səfərləri barədə məlumat vermişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilmişdir.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ