01 iyun 2018-ci il tarixdə Naxçıvan Respublikası Ali Məclisiin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşmüşdür.
Ali Məclisin Sədri səfirlə yenidən görüşündən məmnunluğunu bildirmiş və bunu əlaqələrin göstəricisi kimi dəyərləndirmişdir. Azərbaycanın ərazi bütövlüyünün Hindistan tərəfindən beynəlxalq təşkilatlar səviyyəsində dəstəkləndiyini vurğulayan Ali Məclisin Sədri bunun ölkələrimiz arasındakı yaxşı münasibətlərin nəticəsi olduğunu vurğulamışdır. Ali Məclisin Sədri Azərbaycan-Hindistan əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası tərəfindən səylərin daha da artırılacağını diqqətə çatdırmışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Sanjay Rana Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində Naxçıvana səfər etməkdən məmnunluq duyduğunu, muxtar respublikada sosial-iqtisadi və mədəni inkişafın şahidi olduğunu bildirmişdir. Bu il Naxçıvan şəhərində İslam Mədəniyyətinin Paytaxtı və Avropa günləri ilə bağlı keçiriləcək tədbirlərin muxtar respublikanın uğurlu inkişafının nəticəsi olduğunu qeyd edən səfir, Hindistanla muxtar respublika arasındakı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verdiklərini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilmişdir.