Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

17 may 2018-ci il tarixdə Naxçıvan Respublikası Ali Məclisin Sədri cənab Vasif Talıbov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersman ilə görüşmüşdür. Səfiri Naxçıvanda görməyindən məmnunluğunu ifadə edən Ali Məclisin Sədri Azərbaycan ilə İsveç Krallığı arasındakı əlaqələrdə Naxçıvan Muxtar Respublikasının iştirakından danışmış, Naxçıvan Dövlət Universiteti ilə İsveç universitetləri arasında Tempus və Erasmus proqramları çərçivəsində səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının xarici ölkələrlə əlaqələrindən və mövcud əməkdaşlıq imkanlarından bəhs edən Ali Məclisin Sədri yeni texnologiyaların tətbiqi, turizm və digər sahələrdə əməkdaşlıq üçün potensialın olduğunu bildirmişdir. Göstərilən xoş münasibətə görə minnətdarlığını ifadə edən İnqrid Tersman İsveç Krallığının Naxçıvan Muxtar Respublikasına səfər edən ilk səfiri olmaqdan məmnunluğunu bildirmişdir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə tanışlığın əməkdaşlıq üçün faydalı olacağını qeyd edən səfir bu sahədə səylərini artıracağını vurğulamışdır. 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilmişdir.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ