12 sentyabr 2018-ci il tarixdə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun vitse-konsulu Aytac Özkütüyü muxtar respublikada diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir.
Vitse-konsul diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdir.
İdarə rəisi Aytac Özkütüyə ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini diqqətə çatdırmış və gələcək fəaliyyətində uğurlar arzulamışdır.