26 avqust 2018-ci il tarixdə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli diplomatik fəaliyyətinin muxtar respublikada başa çatması münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Nihat Erşən ilə görüşmüşdür.
Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunmuşdur.
N.Erşən diplomatik fəaliyyət illəri ərzində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə səylərini əsirgəmədiyini bildirmiş və ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə etmişdir.
İdarə rəisi fəaliyyəti müddətində N.Erşənin dövlətlər arasında strateji xaratker daşıyan münasibətlərin inkişafına töhfə verdiyinə görə ona təşəkkür etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır.