Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

16 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonaqları yenidən Naxçıvanda görməkdən məmnunluğunu ifadə etmiş, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı tərəfindən muxtar respublikada həyata keçirilən layihələrin uğurlu olduğunu bildirmişdir. 2019-cu ilin Naxçıvanda “Ailə təsərrüfatları ili” elan olunduğunu və muxtar respublikada mindən artıq ailə təsərrüfatının fəaliyyət göstərdiyini bildirən Ali Məclisin Sədri, bu sahənin inkişafı ilə bağlı görülən işləri diqqətə çatdırmış, “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” tədbirini də ailə təsərrüfatlarına dəstək xarakteri daşıdığını qeyd etmişdir.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, ötən il Naxçıvanda “Avropa şəhərciyi”nin açılışını məmnunluqla xatırlamışdır. Naxçıvanda keçirilən “Kətə” festivalında iştirak edəcəklərini bildirən və bunu yüksək dəyərləndirən qonaq muxtar respublikada ailə təsərrüfatlarının inkişafını, festivalı və keçirəcəkləri tədbiri qadınların cəmiyyətdəki yerinin müəyyənləşdirilməsi işinə töhfə verdiyini bildirmişdir.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti təmsil etdiyi təşkilatla muxtar respublika arasındakı əlaqələrə diqqəti çəkmiş, mövcud əməkdaşlıq imkanlarını dəyərləndirmişdir.

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ