Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12 sentyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı salamlamış, Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrə diqqəti çəkmişdir. Birgə əməkdaşlığın nəticəsi kimi muxtar respublikada kəhrizlərin bərpası layihəsindən danışan Ali Məclisin Sədri 2011-ci ildə İsveçrə Konfederasiyasının o zamankı Prezidenti xanım Mişelin Kalmi-Reyin Naxçıvana səfərini xatırlatmışdır.

İsveçrə şirkəti tərəfindən Naxçıvanda Günəş Elektrik Stansiyasının qurulduğunu, eləcə də bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən Ali Məclisin Sədri əminliyini bildirmişdir ki, xanım Muriel Peneveyrenin səfəri də əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəkdir.

Diplomatik fəaliyyəti müddətində ilk rəsmi səfərini Naxçıvan Muxtar Respublikasına etdiyini bildirən xanım Muriel Peneveyre göstərilən diqqətə görə minnətdarlıq etmişdir. Səfir qarşılıqlı əlaqələrin əhəmiyyətinə toxunmuş, əməkdaşlığın daha da genişləndirilməsində səylərin artırılacağını bildirmişdir.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ