Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşmüşdür.

İdarənin fəaliyyəti haqqında ətraflı məlumat verən V.Ələkbərli muxtar respublikada fəaliyyət göstərən universitetlərlə İsveçrə universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasının ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etmişdir. Həmçinin, İdarə əməkdaşlarının gələcəkdə İsveçrədə diplomatik kurslara cəlb olunmasının tərəfimizdən məmnunluqla qarşılanacağını vurğulamışdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir universitetlərarası münasibətlərin birbaşa qurulmasının daha məqsədəuyğun olduğunu qeyd etmişdir. Bildirmişdir ki, İsveçrədə Diplomatik Akademiya mövcud olmadığı üçün peşəkar diplomatlar əsasən iş prosesində yetişir. Gələcəkdə müvafiq diplomatik kurslar təşkil olunacağı halda İdarəyə məlumat veriləcəyini diqqətə çatdırmışdır.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ