Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

14 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi V.Ələkbərli Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşmüşdür.

V.Ələkbərli İdarənin strukturu və fəaliyyəti haqqında ətraflı məlumat verərək, hazırda İdarənin 25 əməkdaşının Azərbaycan Respublikasının müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinə ezam olunduğunu və onlar arasında səfir və baş konsulların da olduğunu diqqətə çatdırmışdır. Naxçıvanın Azərbaycanın beynəlxalq əlaqələrində mühüm rol oynadığını, hazırda muxtar respublikada Türkiyə və İranın Baş Konsulluqlarının fəaliyyət göstərdiyini bildirmişdir. Həmçinin, Naxçıvanın müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qeyd edən İdarə rəisi, ötən il burada keçirilən “Avropa Günləri” çərçivəsində bir sıra avropalı diplomatların muxtar respublikaya səfəri haqqında danışmışdır.

E. Navikas Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv olan 6 ölkə ilə əlaqələrin inkişaf etdirilməsinin Litvanın xarici siyasətində prioritet təşkil etdiyini bildirmişdir. Qeyd etmişdir ki, rəsmi Vilnüs Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin, eləcə də aviasiya müqaviləsinə dair danışıqların uğurla nəticələnməsində maraqlıdır. Həmçinin, aviasiya müqaviləsinin birbaşa Bakı-Vilnüs hava reyslərinin açılmasına da töhfə verəcəyinə inamını ifadə etmişdir. Səfir Naxçıvan Muxtar Respublikasında Litvanın Fəxri Konsulluğunun açılmasında maraqlı olduqlarını bildirərək, müfaviq namizədin tapılmasını üçün səylərini artıracağını qeyd etmişdir.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ