Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

07 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan MR-dəki İdarəsinin rəisi Vüsal Ələkbərli Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı Elena Aymone Sessera ilə görüşmüşdür

İdarə rəisi qonağı salamlayaraq, onu muxtar respublikada üçüncü dəfə görməyə məmnun olduğunu bildirmişdir. Daha sonra V.Ələkbərli İdarənin strukturu və fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

E.A.Sessera səmimi qəbula görə minnətdarlığını bildirmiş və səfərin təşkili ilə əlaqədar göstərilən köməkliyə görə təşəkkür etmişdir. O, 2020-ci ildə fəaliyyət müddətinin başa çatacağını qeyd etmiş, gələcəkdə yeni təyin olunacaq başçı ilə birgə səfər edəcəyini bildirmişdir.

Görüşdə Nümayəndəliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində keçirilən mühazirələr, saxlanma yerlərinin vəziyyəti, eləcə də Metsamor atom elektrik stansiyası və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ