Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

03 noyabrın 2020-ci il tarixdə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının sabiq Baş Naziri Binəli Yıldırım və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 

Ali Məclisin Sədri qonaqları salamlamış və onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək demişdir: Qədim tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətlərimiz, milli liderlərimiz - Mustafa Kamal Atatürk və Heydər Əliyevin xalqlarımıza miras qoyduqları birlik və həmrəylik bu gün daha da möhkəmlənmiş, Azərbaycan - Türkiyə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda hər iki ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlərimiz inkişaf etdirilir. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Muxtar respublika ilə Türkiyə Respublikası arasındakı iqtisadi-ticarət, elm, təhsil, nəqliyyat, ordu quruculuğu və digər sahələrdəki əməkdaşlıq ilbəil genişlənir. 

 "Azərbaycan və Türkiyə xalqları tarixən bir yerdə olublar. Bu gün də bir yerdədirlər və eyni mövqedən çıxış edirlər",- deyən Ali Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə verdiyi hərtərəfli dəstəyə görə qardaş Türkiyə dövlətinə, rəhbərliyinə, Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirmişdir. Həmçinin Ali Məclisin Sədri Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ və insan tələfatı ilə bağlı kədərini ifadə etmiş, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı vermiş, yaralananlara və xəsarət alanlara şəfa diləmişdir.

Naxçıvan Muxtar Respublikasına səfəri bir millətin iki dövlətinin göstəricisi kimi dəyərləndirən Ali Məclisin Sədri bir daha qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir.

Binəli Yıldırım Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmiş, göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edərək demişdir: "Qarabağın işğaldan azad olunması uğrunda qəhrəmancasına vuruşan bütün əsgərlərimizə qələbə arzulayır, şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Naxçıvan Muxtar Respublikasının Türkiyə üçün xüsusi yeri vardır. Naxçıvan Anadolunun türk dünyası ilə əlaqəsi olan önəmli muxtar respublikadır. Biz Naxçıvanı türk dünyasına açılan qapı olaraq görürük. Ona görə də Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət veririk. Bu il Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Naxçıvanla əlaqədar önəmli qərarlar qəbul edildi. Bu qərarlardan biri də Naxçıvana Qars üzərindən dəmiryolunun çəkilməsi ilə bağlı oldu".    

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ