Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

yy

 

10 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonaqları salamlamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində göstərdiyi qardaş

Has no content to show!
lıq dəstəyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına hörmət və ehtiramını bildirmişdir. Həmçinin Ali Məclisin Sədri Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və insan tələfatı ilə bağlı kədərini ifadə etmiş, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı vermiş, yaralananlara və xəsarət alanlara şəfa diləmişdir.

Ali Məclisin Sədri nümayəndə heyətinin Naxçıvana səfərinin 30 ilədək işğal altında olan torpaqlarımızın azad olunduğu və Azərbaycan xalqının böyük qələbə sevinci yaşadığı günə təsadüf etdiyini bildirmiş, bunu Türkiyənin bir daha Azərbaycan xalqının yanında olduğunun əyani ifadəsi kimi dəyərləndirərək demişdir: “Eyni zamanda bu gün Mustafa Kamal Atatürkün anım günüdür. İnsanlar vardır ki, bəşəriyyətə, insanlar da vardır ki, yalnız ölkəsinə, xalqına məxsusdur. Böyük öndər Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyev sadəcə dünyalarını dəyişiblər, ölməz əməlləri ilə bu gün də yaşayırlar. Xalqına xidmət etməklə bəşəri olmaq böyük şəxsiyyətlərə nəsib olur. Hər iki şəxsiyyət ayrı-ayrı dövrlərdə Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsində mühüm rol oynayıblar. Baxmayaraq ki, uzun illər Azərbaycan Sovetlər Birliyinin tərkibində yaşayıb, ancaq müstəqillik qazandıqdan sonra bu ideyalar yenidən dirçəlmiş, bugünkü Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığı yaranmışdır.”

Ali Məclisin Sədri Naxçıvanda ombudsman institutunun   formalaşması, eləcə də bu sahədə görülən işləri diqqətə çatdırıb, çıxışını "Var olsun Türkiyə, var olsun Azərbaycan! Azərbaycan-Türkiyə qardaşlığına və dostluğuna eşq olsun!",- fikirləri ilə tamamlamışdır.

Şərəf Malkoç göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edərək demişdir: “10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günüdür. Həmçinin bu gün 30 ildir işğal altında olan Azərbaycan torpaqlarının azad olunması ilə əlamətdardır. Bu qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və Azərbaycan xalqının əzmi, həmçinin türk xalqının və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə reallaşmışdır. Bu bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu sarsılmaz və əbədidir.”

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

          Sonda Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmiş və xatirə şəkli çəkilmişdir.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ