Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

30 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Görüşdə Ali Məclisin Sədri qonaqları salamlamış, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmiş və muxtar respublikaya səfərinin əhəmiyyətini vurğulamışdır.

Məhəmməd Cavad Zərif göstərilən səmimi münasibətə görə minnətdarlıq etmiş, "İran İslam Respublikasının Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini bildirmişdir. Azərbaycana olan səfərinin Naxçıvan Muxtar Respublikasında başa çatdığını qeyd edən nazir İran İslam Respublikasının Qarabağın işğaldan azad olunmasına çox şad olduğunu demişdir. M.C.Zərif səfərinin məqsədinin region ölkələri arasında sülhün bərqərar olunması və yeni əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparmaq olduğunu diqqətə çatdırmışdır. Yaxın gələcəkdə bölgədə çoxtərəfli əməkdaşlığın təşkilinə nail olunacağını ümid etdiyini bildirən nazir bu mənada, Naxçıvan Muxtar Respublikasının regionun birləşməsində çox mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrdən danışan Ali Məclisin Sədri bildirmişdir ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması bölgə üçün geniş imkanlar açmışdır. Naxçıvan isə bölgənin logistik mərkəzidir. Regional əməkdaşlığa 30 il bundan əvvəl də başlamaq olardı. Lakin Ermənistanın uzun illər həyata keçirdiyi işğalçılıq siyasəti bölgənin inkişafına böyük maneçilik törətmişdir.

         Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ