18 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnourinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Ali Məclisin Sədri nümayəndə heyətini salamlamış, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Müctəba Zonnouri Ali Məclisin Sədri ilə görüşdən və Naxçıvana səfərindən məmnun olduğunu qeyd etmişdir. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirən qonaq İranın daim Azərbaycanın yanında olduğunu bildirmiş, tarixi qələbə münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdırmışdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.