06 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli 17 fevral-05 aprel 2022-ci il tarixlərdə İdarədə istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri ilə görüş keçirmişdir. Görüş zamanı İdarə rəisi tələbələri istehsalat təcrübəsini müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda istehsalat təcrübəsində fərqlənən tələbələrə sertifikatlar təqdim olunmuş və xatirə şəkli çəkdirilmişdir.