07 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov Naxçıvana səfəri çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə gələrək, burada yaradılan şəraitlə tanış olmuş, İdarənin diplomatik heyəti ilə görüş keçirmiş, sonda əməkdaşlarla birgə xatirə şəkli çəkdirmişdir.