Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

01 fevral 2017-ci il tarixdə Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş olmuşdur.

Ali Məclisin Sədri Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradzeni səmimiyyətlə salamlamış, yeni təyinatı münasibəti ilə təbrik etmiş və bu məsuliyyətli vəzifədə ona uğurlar arzulamışdır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı əlaqələrin əsasının 2012-ci ildən başlandığını və bu əlaqələrin davamı olaraq muxtar respublikaya səfər etdiyinə görə Zurab Pataradzeyə təşəkkürlərini bildirmişdir.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasındakı əlaqələrin mehriban dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını vurğulamış və belə səfərlərin ticari-iqtisadi, təhsil, mədəniyyət, idman, nəqliyyat və səhiyyə sahəsindəki əlaqələrin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirmişdir. Naxçıvan Dövlət Universiteti və Batumi Dövlət Universiteti arasındakı səmərəli əlaqələrin inkişafından bəhs etmiş və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etmişdir.

Ali Məclisin Sədri Acarıstanlı aztəminatlı ailələrin astma-bronxit xəstəliyindən əziyyət çəkən uşaqlarının muxtar respublikanın Duzdağ Fizioterapiya Mərkəzində təmənnasız olaraq müalicə olunmalarına şərait yaradıldığını, Naxçıvan və Batumi şəhərləri arasında nəqliyyat sahəsində birbaşa avtobus marşrutunun açıldığını və bu marşrut vasitəsi ilə xalqlarımız arasındakı gediş-gəlişin intensivləşməsinin mövcud əlaqələrin daha da genişlənməsinə səbəb olduğunu vurğulamışdır.

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasına səfərə dəvətə görə Ali Məclisin Sədrinə təşəkkür etmiş, muxtar respublikaya səfər etməkdən məmnunluğunu bildirmişdir. Ölkələrimiz arasındakı əlaqələrin müxtəlif sahələrdə inkişaf tempindən məmnunluğunu ifadə edən Hökumətin sədri, Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı münasibətlərin və dostluq əlaqələrinin gedişatından və qarşlıqlı səfərlərin bu əlaqələrin inkişafına mühüm töhfə verəcəyini əminliyini ifadə etmiş və Ali Məclisin Sədrini Acarıstan Muxtar Respublikasına rəsmi səfərə dəvət etmişdir. 

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etməsi üçün hər iki tərəfin səylər göstərəcəyinə əminlik ifadə olunmuşdur. 

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ