01 iyun 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Onno Kerversi qəbul etmişdir.
Ali Məclisin Sədri qonağı səmimi salamlayaraq, fəaliyyətində uğurlar arzulamış, muxtar respublikaya səfərindən məmnun olduğunu ifadə etmiş və qonağa muxtar respublikanın ərazisi, əhalisi və sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat vermişdir.
Ali Məclisin Sədri Azərbaycan Respublikası ilə Macarıstanın arasında əlqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmış, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və 25 ildən artıq davam edən blokada şəraitində yaşanan çətinliklərə baxmayaraq muxtar respublikada iqtisadi inkişafın təmin olduğunu bildirmiş və bu sahədə görülən işlərdən, layihələrdən və əldə edilən uğurlardan bəhs etmişdir.
Səfir səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Naxçıvan Muxtar Respublikasının inkişafının onda böyük təəssüratlar doğurduğunu qeyd etmişdir. Səfir Ali Məclisin Sədrini Niderland Krallığı və Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün səylərini artıracağına əmin etmişdir.
Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Niderland Krallığı arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.