Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

23 may 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım İvana Fernandes Duarteni qəbul etmişdir.

Ali Məclisin Sədri qonağı səmimi salamlayaraq, fəaliyyətində uğurlar arzulamış, muxtar respublikaya səfərindən məmnun olduğunu ifadə etmiş və qonağa muxtar respublikanın ərazisi, əhalisi və sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat vermişdir.  Ali Məclisin Sədri Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmış, bankın Azərbaycandakı fəaliyyətinə toxunmuşdur. Bank tərəfindən ötən müddətdə ölkəmizdə 161 layihə çəçivəsində investisiya qoyuluşunun həyata keçirildiyini bildirən Ali Məclisin Sədri bunun özəl sektorun inkişafına dəstək verdiyini vurğulamışdır.

Nümayəndəliyin rəhbəri səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Naxçıvan Muxtar Respublikasının inkişafının onda böyük təəssüratlar doğurduğunu qeyd etmişdir. Qonaq Avropa Yenidənqurma və İnkişaf Bankı və Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün səylərini artıracağına əmin etmişdir.

Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ