Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

23 may 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stavı qəbul etmişdir.

Ali Məclisin Sədri qonağı səmimi salamlayaraq, səfirin muxtar respublikaya ötən səfərini və bu zaman səmərəli danışıqların aparıldığını xatırlatmış, İsrail Dövlətinin Azərbaycanla faydalı əməkdaşlığından və bunun Naxçıvanla müxtəlif sahələrdə əlaqələrin inkişafına verdiyi töhfədən danışmışdır.

Səfir Dan Stav səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Naxçıvana növbəti səfərinin və əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Qonaq İsrail Dövləti və Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün səylərini artıracağına əmin etmişdir.

Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsrail Dövləti arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ