Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

18 may 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoralı qəbul etmişdir.

Ali Məclisin Sədri qonağı səmimi salamlayaraq onu yeni təyinatı münasibətilə təbrik etmiş, fəaliyyətində uğurlar arzulamışdır.

Ali Məclisin Sədri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrinin xalqlarımızın eyni kökə və tarixinə əsaslandığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il mayın 28-də  Naxçıvan və Türkiyə arasında körpünün açıldığını və ötən dövrdə əlaqələrin inkişaf etdiyini xatırladan Ali Məclisin Sədri Naxçıvanın muxtariyyət statusu qazanmasında və ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə Türkiyənin rolundan söhbət açmışdır. Ali Məclisin Sədri Naxçıvanla Türkiyə arasında müasir gömrük-keçid kompleksinin və ikinci körpünün tikintisini, Bakı-Tbilisi-Qars dəmir yolunun və digər layihələrin həyata keçirilməsini ikitərəfli münasibətlərin gələcək inkişafına, eləcə də xalqlarımız arasındakı birliyin daha da möhkəmlənməsinə hesablandığını vurğulamışdır.

Naxçıvanın Türkiyənin türk dünyasına və türk dünyasının da Türkiyəyə açılan qapısı olduğuna diqqəti çəkən Ali Məclisin Sədri muxtar respublikanın ölkələrimiz arasındakı əlaqələrin inkişafına bundan sonra da töhfə verəcəyini bildirmişdir.

Erkan Özoral göstərilən diqqətə və xoş münasibətə görə minnətdarlıq etmiş, qardaş ölkədə fəaliyyət göstərməyin onun üçün şərəf olduğunu vurğulamışdır. Mühüm strateji mövqeyə malik olan Naxçıvanın Türkiyə və Azərbaycan əlaqələrinin inkişafındakı əhəmiyyətindən danışan səfir diplomatik fəaliyyəti dövründə əməkdaşlığın daha da genişləndirilməsinə çalışacağını bildirmişdir. 

Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Erşən görüşdə iştirak etmişdir.

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ