Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

17 may 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Macarıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab İmre Laslotskini qəbul etmişdir.

Ali Məclisin Sədri qonağı səmimi salamlayaraq onu yeni təyinatı münasibətilə təbrik etmiş, fəaliyyətində uğurlar arzulamış, muxtar respublikaya səfərindən məmnun olduğunu ifadə etmiş və qonağa muxtar respublikanın ərazisi, əhalisi və sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat vermişdir. Ali Məclisin Sədri Azərbaycan Respublikası ilə Macarıstanın arasında əlqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmış, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və 25 ildən artıq davam edən blokada şəraitində yaşanan çətinliklərə baxmayaraq muxtar respublikada iqtisadi inkişafın təmin olduğunu bildirmiş və bu sahədə görülən işlərdən, layihələrdən və əldə edilən uğurlardan bəhs etmişdir.

Səfir səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Naxçıvan Muxtar Respublikasının inkişafının onda böyük təəssüratlar doğurduğunu qeyd etmişdir. Səfir Ali Məclisin Sədrini Macarıstan və Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün səylərini artıracağına əmin etmişdir.

Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Macarıstan arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ