Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubikasındakı İdarəsinin rəis müavini Vüsal Ələkbərli ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəsi Furio De Angelis arasında görüş keçirilmişdir.

İdarə rəisinin müavini qonağı səmimi salamlayaraq, muxtar respublikanın ərazisi, sərhədləri, regionda rolu, eləcə də İdarənin muxtar respublikada fəaliyyətinə dair ətraflı məlumat vermişdir. Rəis müavini qonağa Sədərək rayonunun Heydərabad qəsəbəsi və Kəngərli rayonunun Yeni Kərki kəndində qaçqın və məcburi köçkün ailələri üçün yaradılmış şəraitlə bağlı söhbət açmışdır.  

Nümayəndə səmimi görüşə və dolğun səfər proqramına görə İdarə rəisinin müavininə minnətdarlığını bildirmiş, muxtar respublikada gedən inkişaf prosesinin, quruculuq və abadlıq işlərinin onda xoş təəsüratlar yaratdığını qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilmişdir.

 

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ