Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

16 oktyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı səmimi salamlayaraq onun muxtar respublikaya səfərindən məmnun olduğunu ifadə etmişdir. Ali Məclisin Sədri Azərbaycan-Norveç əlaqələrinin əsasının 1992-ci ildə qoyulduğunu, iqtisadi və qeyri-hökumət təşkilatları ilə əlaqələr sahəsində səmərəli əməkdaşlığın qurulduğunu qeyd etmiş, Azərbaycanın neft layihələrinin həyata keçirilməsində Norveç Krallığının iştirakını diqqətə çatdırmış və bunu hər iki ölkə arasındakı əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir. Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərə uyğun olaraq Naxçıvan-Norveç əlaqələrinin qurulduğunu, aparılan islahatlar, məqsədyönlü quruculuq işləri nəticəsində muxtar respublikada iqtisadi inkişafın təmin olduğunu bildirmiş, ali təhsil müəssisələri arasında, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırmışdır.

Səfir Bard İvar Svendsen səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, ölkəmizdə fəaliyyət göstərməkdən və Naxçıvana səfərindən məmnunluğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası ilə bir çox sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu bildirən səfir ikitərəfli əlaqələrin inkişafında səylərini artıracağını qeyd etmişdir.

Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Norveç Krallığı arasındakı əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ