Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

19 oktyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı səmimi salamlamış, səfirin geniş tərkibli nümayədə heyəti ilə muxtar respublikaya səfərinin Fransa dövlətinin Naxçıvana marağı və diqqəti kimi dəyərləndirmiş və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələrdən danışmışdır. Muxtar respublikanın 38 təhsil müəssisəsində Fransız dilinin tədris olunduğunu və Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisasının fəaliyyət göstərdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən muxtar respublikada aparılan tədqiqatların əhəmiyyətini vurğulamış, qarşılıqlı əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Xanım səfir Orelia Buşez səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Naxçıvanla tanışlığın onda dərin təəssürat yaratdığını diqqətə çatdırdı. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə toxunan səfir Fransa-Naxçıvan əlaqələrinin inkişafının və muxtar respublikada Fransız dilinin tədrisinin məmnunluq doğurduğunu bildirmiş, əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulamışdır.

Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasındakı əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ