Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

01 oktyabr 2018-ci il tarixdə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının muxtar respublikaya yeni təyin olunmuş baş konsulu Mehmet Emin Kiraz ilə görüşmüşdür.

Ali Məclisin Sədri M.E.Kirazı muxtar respublikada baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir. Naxçıvan Muxtar Respublikası ilə dost və qardaş Türkiyə arasında iqtisadi-ticarət, hərbi, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri münasibətlərin daha da möhkəmləndirilməsində baş konsula uğurlar arzulamışdır.

Baş konsul səmimi qəbula görə minnətdarlıq etmiş, qardaş ölkə Azərbaycanın Türkiyə ilə yeganə sərhədi olan Naxçıvan Muxtar Respublikasında diplomatik fəaliyyət göstərməkdən şərəf duyduğunu və əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini bildirmişdir.

Görüşdə mövcud əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

 

 

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ