Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

17 oktyabr 2018-ci il tarixdə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşmüşdür.

Ali Məclisin Sədri qonağı səmimi salamlayaraq onun muxtar respublikaya 3-cü səfərindən məmnun olduğunu ifadə etmişdir. Ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafında İsrailin ölkəmizdəki Səfirliyinin fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə çatdırmışdır.

Səfir Dan Stav səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, ölkəmizdə fəaliyyət göstərməkdən və Naxçıvana səfərindən məmnunluğunu ifadə etmişdir. Naxçıvan Muxtar Respublikası ilə bir çox sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu bildirən səfir ikitərəfli əlaqələrin inkişafında səylərini artıracağını qeyd etmişdir.

 Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilmişdir. 

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ