Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

23 oktyabr 2018-ci il tarixdə, İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli arasında görüş keçirilmişdir.

İdarə rəisi fəaliyyəti müddətində M.Ayromun dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyinə görə ona təşəkkür etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Diplomatik fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən göstərilən dəstəyə və yaradılan şəraitə görə minnətdarlığını ifadə edən baş konsul, bundan sonra da ikitərəfli əlaqələrin möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.

Görüşdə Naxçıvan Muxtar Respublikası ilə İran arasında bir sıra sahələrdə, xüsusilə iqtisadiyyat, təhsil və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, idman sahəsində əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi müzakirə olunmuş, həyata keçirilən layihə və tədbirlərin mövcud vəziyyəti haqqında fikir mübadiləsi aparılmışdır.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ