Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

7 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşmüşdür.

İlk olaraq qonağı səmimi salamlayan cənab Vasif Talıbov onu muxtar respublikamızda görməkdən məmnunluğunu ifadə etmişdir. Azərbaycan və Rusiyanın dost ölkələr olduğunu və əlaqələrin mövcud əməkdaşlıq zəminində müxtəlif sahələr üzrə inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri sözügedən münasibətlərin tarixi köklərə əsaslanması faktına toxunaraq, hazırda mövcud olan mütərəqqi qarşılıqlı əlaqələrin iqtisadiyyat, təhsil, hava nəqliyyatı və turizm sahələrində daha çox nəzərə çarpdığını vurğulamışdır. Muxtar respublikamızda rus dilinin təbliğinə böyük önəm verildiyini qeyd edən Ali Məclisin Sədri bu baxımdan Naxçıvan şəhərində fəaliyyət göstərən rusdilli məktəbin, ali təhsil müəssisələri arasında aparılan təcrübə mübadiləsinin, həmçinin Naxçıvan Dövlət Universitetində və ümumtəhsil məktəblərində rus dili ixtisası və rus dili fənninin tədrisinin əhəmiyyətindən bəhs etmişdir.

İkitərəfli əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdıran Ali Məclisin Sədri bu yöndə səfirin fəaliyyətinin səmərəli olacağına əminliyini bildirmişdir.

Naxçıvan səfərinin ona xoş təəssürat bəxş etdiyini bildirən Mixail Boçarnikov Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinə nəzər salaraq keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır. Əlaqələrin genişləndirilməsindən söz açan diplomat səfərinin bu istiqamətdə atılmış mühüm addım olduğunu qeyd etmişdir. Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ