Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər vəkili Olav-Nils Thue ilə görüşmüşdür.

İlk öncə qonağı səmimi salamlayan cənab Vasif Talıbov Norveç Krallığının Azərbaycandakı Səfirliyinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına geniş töhfə verdiyini qeyd etmişdir. İkitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolundan, eləcə də təhsil, mədəniyyət və ticarət sahələrindəki əlaqələrdən bəhs edən Ali Məclisin Sədri muxtar respublikanın universitetlərinin Norveç universitetləri ilə birlikdə TEMPUS və ERASMUS proqramlarında iştirakını diqqətə çatdıraraq, muxtar respublikamız ilə Norveç Krallığı arasında elm, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu bildirmişdir.

Naxçıvan haqqında geniş məlumata malik olduğunu vurğulayan Olav-Nils Thue muxtar respublikaya səfərinin onda oyatdığı xoş təəssüratdan və göstərilən qonaqpərvərlikdən məmnunluğunu ifadə etmişdir. Norveç tərəfinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdıran qonaq əməkdaşlığın genişləndirilməsində səylərin artırılacağını qeyd etmişdir. Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ