Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN

MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK

NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

31 yanvar 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşmüşdür.

İlk olaraq qonağı səmimi salamlayan cənab Vasif Talıbov onu muxtar respublikamızda yenidən görməkdən məmnunluğunu ifadə etmişdir.

Ölkələrimiz arasındakı dostluq münasibətlərinin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən səfir, Ulu Öndərin vətəni Naxçıvana növbəti səfərinin əhəmiyyətini vurğulamışdır. 

Vey Cinhua ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə Ali Məclisin Sədri cənab Vasif Talıbova minnətdarlıq etmiş, Naxçıvan şəhərində yeni uşaq bağçasının qurulmasındakı əməkdaşlığı ikitərəfli münasibətlərə töhfə kimi dəyərləndirmişdir.

Ali Məclisin Sədri Azərbaycan-Çin əlaqələrinin genişləndiyini, bunun tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığın nümunə səviyyəsində olduğunu bildirmişdir. Əməkdaşlığa görə Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyinə təşəkkür edən cənab Vasif Talıbov, bu əməkdaşlığın nəticəsi kimi bağçaya avadanlıqların hədiyyə olunmasının uşaqların gələcək inkişafında iz buraxacağını bildirmişdir.

Görüşdə Çin Xalq Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əlaqələr müzakirə olunmuş, həyata keçirilməsi nəzərdə tutulan gələcək layihələr barəsində fikir mübadiləsi aparılmışdır. 

  

  

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ

 

 

Linklər

Xəritələr