Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

21 fevral 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşmüşdür.

İlk olaraq qonağı səmimi salamlayan cənab Vasif Talıbov onu muxtar respublikada görməkdən məmnunluğunu ifadə etmişdir. Ali Məclisin Sədri Yaponiya hökumətinin dəstəyi ilə Ordubad rayonundakı Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsinin həyata keçirilməsini qarşılıqlı əlaqələrin nəticəsi kimi dəyərləndirmiş və səfirə təşəkkürünü bildirmişdir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasında təhsil və iqtisadi sahələrdəki əlaqələrə diqqəti çəkən Ali Məclisin Sədri muxtar respublika nümayəndələrinin Yaponiyada keçirilən müxtəlif təlim və seminarlarda iştirakından bəhs etmişdir. Ali Məclisin Sədri 2016-cı ildə Yaponiyanın Okinava Prefekturasının nümayəndə heyətinin Naxçıvana səfərini və bu zaman həyata keçirilən qarşılıqlı tədbirləri xatırlatmış, layihənin həyata keçirilməsində və fəaliyyətində səfirə uğurlar arzulamışdır.

Səfir Teruyuki Katori Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirmişdir. Yaponiya-Azərbaycan əlaqələrinin iqtisadi, təhsil və mədəniyyət sahələrində inkişaf etdiyini bildirən səfir muxtar respublikada su təchizatı sistemi layihəsinin həyata keçirilməsi barədə danışmış, əlaqələrin genişlənməsində səylərin artırılacağını vurğulamışdır.                                                                                               

Görüşdə Yaponiya ilə Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əlaqələr müzakirə olunmuş, həyata keçirilməsi nəzərdə tutulan gələcək layihələr barəsində fikir mübadiləsi aparılmışdır.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ