Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN

MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK

NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

27 fevral 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

İlk olaraq qonaqları səmimi salamlayan cənab Vasif Talıbov onları muxtar respublikamızda görməkdən məmnunluğunu ifadə etmiş, heyətin rəhbəri Qulamrza Süleymaniyə yeni vəzifəsində uğurlar arzulamışdır. Ölkə prezidentləri arasında mövcud olan xoş münasibətin Azərbaycan-İran əlaqələrinin inkişafında mühüm amil olduğunu qeyd edən Ali Məclisin Sədri, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi və Şərqi Azərbaycan Vilayətləri arasındakı iqtisadi və mədəni əlaqələrdən bəhs etmiş, gömrük-keçid məntəqələrinin fəaliyyətini və gediş-gəlişin artmasını bu əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir.

Qulamrza Süleymani İran islam Respublikasının Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə rəhbəri Morteza Bankın və Qərbi Azərbaycan Vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarinin salamlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə çatdırmışdır. Maku Azad Ticarət və Sənaye Zonasının fəaliyyətindən danışan icraçı direktor ikitərəfli əlaqələrə və Naxçıvan Muxtar Respublikasının inkişafına diqqət çəkərək, gələcək əməkdaşlığıın perspektivlərini qeyd etmişdir.

 Ali Məclisin Sədri İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə rəhbərinin və Qərbi Azərbaycan Vilayətinin valisinin salamlarına görə təşəkkür etmiş, onun da salamlarını Morteza Banka və Məhəmməd Mehdi Şəhriyariyə çatdırmağı xahiş etmişdir.

Görüşdə, həyata keçirilməsi nəzərdə tutulan gələcək layihələr barəsində fikir mübadiləsi aparılmışdır.

  

  

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ

 

 

Linklər

Xəritələr