Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

04 mart 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nərimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

İlk olaraq qonaqları səmimi salamlayan cənab Vasif Talıbov onları muxtar respublikada görməkdən məmnunluğunu ifadə etmiş, heyətin rəhbəri Möhsün Nərimana yeni vəzifəsində uğurlar arzulamışdır. Maku Azad Ticarət və Sənaye Zonasının nümayəndə heyətinin Naxçıvana səfərini xatırladan Ali Məclisin Sədri, muxtar respublika ilə sərhəddə iki azad ticarət və sənaye zonasının, eləcə də gömrük-keçid məntəqələrinin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən səfərləri, eləcə də iqtisadi, mədəni, təhsil və energetika sahələrindəki əlaqələri qeyd edən Ali Məclisin Sədri, hər iki tərəfdən dövlət qurumlarının qarşılıqlı fəaliyyətini və Araz çayından səmərəli istifadəni uğurlu əməkdaşlığın nəticəsi kimi qiymətləndirmişdir.

Ali Məclisin Sədri ilə görüşdən və Naxçıvan Muxtar Respublikasına səfərindən məmnunluğunu bildirən Möhsün Nəriman, göstərilən xoş münasibətə görə minnətdarlığını bidirmişdir. Möhsün Nəriman Şərqi Azərbaycan Vilayətinin valisi Məhəmmədrza Purməhəmmədinin salamlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə çatdırmışdır.

Ali Məclisin Sədri Şərqi Azərbaycan Vilayətinin valisinin salamlarına görə təşəkkür etmiş, onun da salamlarını Məhəmmədrza Purməhəmmədiyə çatdırmağı xahiş etmişdir.

         Görüşdə, həyata keçirilməsi nəzərdə tutulan gələcək layihələr barəsində fikir mübadiləsi aparılmışdır.

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ